Türkiyənin Azərbaycandakı səfirliyi sexdə baş verən partlayışla bağlı başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, Səfirlik bu barədə "X"də paylaşım edib.

"Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik. Qardaş Azərbaycana başınız sağ olsun diləklərimizi çatdırırıq", - paylaşımda qeyd edilib.