Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın xarici işlər naziri Kamikava Yokonu qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qeyd edilib ki, Prezident Kompleksində mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.