Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yerli Covid-19 peyvəndinin adının "TURKOVAC" olduğunu açıqlayıb.

Yerli Covid-19 peyvəndinin Faza-3 mərhələsi daxilində könüllülərin peyvəndləməsi Ərdoğanın onlayn iştirakı ilə Ankara Şəhər Xəstəxanasında başlayıb. 

Ərdoğan, yerli Covid-19 peyvəndinin adının "TURKOVAC" olduğunu bildirib. 

Ərdoğan etdiyi çıxışında, "Yerli peyvəndimiz ilə Türkiyə artıq bu barədə yeni bir dövrün qapılarını aralamaqdadır. Bir neçə həftə ərzində ölkəmizdə yaşı 18-dən yuxarı olan əhalinin hamısının peyvənd edilməsinə başlayacağıq",- deyib.