Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 faiz bəndi artıraraq 17,5%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

"Qlobal inflyasiya azalsa da, hələ də uzunmüddətli orta göstəricilərin və Mərkəzi Bankların hədəflərinin üstündədir. Bu səbəbdən dünyanın bir çox ölkələrində Mərkəzi Banklar monetar sərtləşdirmə prosesini davam etdirirlər.

Türkiyədə son göstəricilər inflyasiyanın əsas tendensiyasının artmaqda davam etdiyini göstərir. Birbaşa xarici investisiyaların artması, xarici maliyyələşdirmə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşması, ehtiyatların davamlı yüksəlməsi və turizm gəlirlərinin dəstəyi ilə cari əməliyyatlar hesabında tarazlıq qiymət sabitliyinə güclü töhfə verəcək", - məlumatda deyilir.

 

Gözəl Həşimova