Türkiyə Super Liqası təmsilçisi "Fatih Karagümrük" yeni baş məşqçisini təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, Pirlonun gedişindən sonra klubda  məşqçi kimi çalışan Alparslan Erdem yeni baş məşqçi təyin edilib.

"Fatih Karagümrük" Super Liqada 33 matçda 11 qələbə, 11 heç-heçə və 11 məğlubiyyət əldə edib. İstanbul komandası 44 xalla 9-cu pillədə qərarlaşıb.