Türkiyə İsraillə birgə enerji layihələri üzrə əməkdaşlığı dayandırıb.

Bu barədə İqtisadiyyat.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin energetika naziri Alparslan Bayraktar yəhudi dövlətinə noyabra planlaşdırılan səfərini də ləğv edib. Səfər zamanı qazın alınması və onun Avropaya tranziti ilə bağlı yerli hakimiyyət və şirkətlərlə danışıqların aparılması planlaşdırılırdı.

Türkiyə daha əvvəl bəyan edib ki, Aralıq dənizindən qaz tədarükü ilə bağlı İsraillə danışıqlar aparır. Türkiyə ilə İsrail arasında qaz kəmərinin 4-5 il ərzində tikilə biləcəyi iddia edilirdi.

 

Gözəl Həşimova