Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.

*** 19:07

Naxçıvanda zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, yerli vaxtla saat 18:58-da Naxçıvanda zəlzələ qeydə alınıb.

Zəlzələ 3 bala qədər hiss olunub.