"Türkiyə hakimiyyəti gələn ilin sonuna qədər inflyasiyanı 34%-ə endirmək niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək "TRT Haber" telekanalında bildirib.

Onun sözlərinə görə, bu da cari il üçün gözlədikləri rəqəmlərin demək olar ki, yarısıdır.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı daha əvvəl inflyasiyanın bu ilin sonuna qədər 65% olacağını proqnozlaşdırıb.

 

Gözəl Həşimova