Türkiyə və Gürcüstan arasında Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələr aparılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

"Nazir müavinimiz, səfir Burak Akçapar və Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia arasında ölkəmizdə Türkiyə-Gürcüstan Siyasi məsləhətləşmələri keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib", məlumatda qeyd edilib.