Türkiyə xarici işlər naziri Hakan Fidanın moderatorluğu milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, MİT rəhbəri İbrahim Kalın və müdafiə sənayesi idarəsinin rəisi Haluk Görgünün iştirakı ilə “Türkiyə Əsri"ndə Təhlükəsizlik Paneli” keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, panel 14-cü Səfirlər Konfransı çərçivəsində bu gün baş tutub.

Paneldə milli təhlükəsizlik, qeyri-qanuni miqrasiya, müdafiə sənayesi və terrorla mübarizə kimi məsələlər müzakirə edilib.

Xarici İşlər Nazirliyi ilə müvafiq nazirliklər və sədrliklər arasında əlaqələndirmə və əməkdaşlıq məsələləri müzakirə edilib.