Türkiyə xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə keçirilən 14-cü Səfirlər Konfransı çərçivəsində “Türkiyə Əsri"ndə Kommunikasiya, Mədəniyyət və Elm Paneli" keçirilib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, panelə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun və Ali Təhsil Şurasının sədri Prof. Dr. Erol Özvar qatılıb.

"Türkiyə Əsri"ndə Ünsiyyət, Mədəniyyət və Elm Paneli"ndə Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı təşkil edilən tədbirlər çərçivəsində həyata keçirilə biləcək fəaliyyətlər ilə yanaşı, mədəni sərvətlərin qorunması, turizm, beynəlxalq tələbələr və təhsil, dezinformasiyaya və strateji kommunikasiyaya qarşı mübarizə ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə Xarici İşlər Nazirliyi ilə aidiyyəti nazirlik və idarələr arasında mədəniyyət və xalq diplomatiyası sahələrində koordinasiya və əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə, xaricdə fəaliyyət göstərən bütün səfirlərin və nazirliyin mərkəzi təşkilatının iştirakı ilə 5-9 avqust tarixlərində Ankarada 14-cü Səfirlər Konfransı keçiriləcək.

Dünən 2008-ci ildən keçirilən 14-cü Səfirlər Konfransının rəsmi açılışı olub.