2023-cü ilin birinci yarısında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 575 milyon 685 min dollar təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.7% və ya 94 milyon 894 min dollar çoxdur.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 480 milyon 791 min dollar təşkil edib.