Türkiyədə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlər artıq müvafiq lisenziya almalıdırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Resmi Gazete” yazıb.

Bildirilir ki, ev sahibləri Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almalıdırlar. Əks halda onları 100 mindən 1 milyon türk lirəsinə qədər (3,3 min dollar - 35,3 min dollar) cərimə gözləyir.

Lisenziyası olan evlərdə nazirlik tərəfindən müəyyən edilmiş keyfiyyətlərə malik lövhələr asılacaq. Vəsiqə və nömrə nişanlarının verilməsinə görə rüsum idarə tərəfindən müəyyən ediləcək.

Turistlərə mənzil kirayə vermək üçün lisenziya almaq üçün ev sahibi ölkənin Mədəniyyət Nazirliyinə bu binadakı mərtəbələrin bütün sahiblərindən razılıq alıb verməlidir.

Qanun pozuntusu ilk dəfə aşkar edildikdə, mülkiyyətçi pozuntularla icarəyə verilmiş hər bir əmlaka görə 3,5 min lirə cərimə ödəməli, həmçinin əmlakın icarəyə verilməsini davam etdirmək üçün 15 gün ərzində icazə almalıdır. Ev sahibi bu tələbi yerinə yetirməsə, o, ikinci dəfə 500 min lirə (təxminən 16,4 min dollar) cərimələnəcək. Üçüncü dəfə cərimə 1 milyon lirəyə (35,3 min dollar) qədər artacaq.

Daha əvvəl bildirilmişdi ki, Türkiyədə yeni il tətilinə tələb ötən illə müqayisədə 30-40% artıb. Turların qiymətlərində də artım müşahidə olunub.