Çin Xalq Respublikasının sədri Si Tsinpin Novruz bayramı münasibətilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə teleqram göndərərək, Qazaxıstan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Mən Qazaxıstan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirirəm. Ölkələrimiz arasında ənənəvi dostluğun möhkəmlənməsinə əsaslanan qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı genişləndirmək üçün sizinlə qüvvələrimizi birləşdirməyə hazır olduğumu bildirirəm", - mətbuat xidməti Çin liderinin sözlərindən sitat gətirir.

Qeyd edək ki, ötən ilin oktyabrında Si Tsinpin "Bir kəmər, bir yol" təşəbbüsünün layihələrinin həyata keçirilməsi üçün iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ÇXR və Qazaxıstan beynəlxalq aləmdəki vəziyyətdən asılı olmayaraq mehriban qonşuluq əlaqələrini gücləndirməlidir.