"Kanadanın baş naziri Castin Trüdo və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub, onlar Ottavadan Kiyevə gələcək yardım məsələlərini müzakirə ediblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

"Liderlər hazırkı vəziyyəti, eləcə də Ukraynanın yaxın aylardakı ehtiyaclarını müzakirə ediblər", - bəyanatda deyilir. 

Qeyd edilib ki, xüsusilə Kanada və onun Qərb müttəfiqlərindən Kiyevə hərbi və iqtisadi yardımdan danışılıb. Trüdo Zelenskini bir daha əmin edib ki, Ottava Kiyevə nə qədər lazımdırsa kömək edəcək. Liderlər həmçinin Ukrayna prezidentinin sülh formulasını müzakirə ediblər.