"Yenidən seçiləcəyim təqdirdə Ukraynadakı münaqişəni həll etmək niyyətindəyəm və buna nail olmaq üçün konkret planım var".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.

"Mənim bu münaqişəni bitirmək üçün konkret planım var. Sizə təfərrüatları deyə bilmərəm, amma buna son qoyacağam", - o, "Fox News"a verdiyi müsahibədə qeyd edib.

Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni bir gündə həll edə biləcək.