Nyu-Yorkda münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Amerika mediası yazıb.

Münsiflər heyəti Trampı bütün 34 maddə üzrə təqsirli bilib. Məhkəmədə ABŞ-nin keçmiş prezidentinin cəzası müəyyən ediləcək.

Bu, ABŞ tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısı cinayət işi üzrə məhkəmə qarşısına çıxarılır.

Trampa qarşı daha üç iş üzrə ittiham irəli sürülüb. Söhbət nümayişçilərin Kapitoliyə hücumundan, gizli sənədlərin qanunsuz saxlanmasından və siyasətçinin biznesi ilə bağlı iddia edilən pozuntulardan gedir.

Ağ Evin keçmiş rəhbəri işlərin heç birində özünü təqsirli bilmir. Tramp və müttəfiqləri ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildiriblər.