Tovuzda 75 yaşlı kişinin minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

İqtisadiyyat.az-ın məlumatına görə, Kənd icra nümayəndəsi APA-nın yerli bürosunun bildirib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mala-qara otaran zaman evin yaxınlığında minaya düşüb.

Həmçinin nümayəndə qeyd edib ki, Abdulla Ələsgərovun evi Ermənistanla şərti sərhədə yaxın yerləşdiyi üçün ərazidə mina təhlükəsi var.

Qeyd edək ki hadisə bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində baş verib. Kənd ərazisində mina partlayışı zamanı 75 yaşlı Abdulla Ələsgərov xəsarət alıb və xəstəxanaya çatdırılıb. Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda onun Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

***09:26

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.