Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.

Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.