"Böyük Britaniya və kontinental Avropa ölkələri ABŞ-nin mövqeyindən asılı olmayaraq Kiyev hakimiyyətinə yardımı davam etdirmək üçün müdafiə sənayesini yenidən işə salmaq məqsədilə Ukraynadakı münaqişəni ən azı 2025-ci ilə qədər uzatmaq istəyirlər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbələrinə istinadən "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya hərbi kəşfiyyatı Rusiya və ya Ukraynanın 2024-cü ildə münaqişədə həlledici dönüş nöqtəsinə nail ola biləcəyini gözləmir. Britaniya Nazirlər Kabinetindəki mənbə nəşrə bildirib: "2024-cü il böyük əməliyyat uğur gətirməyəcək. Böyük irəliləyiş çətin mümkün olsun".

Eyni zamanda nəşr vurğulayır ki, Böyük Britaniya hələlik Ukraynaya heç nə təklif edə bilməz, çünki krallığın silah ehtiyatları tükənib. Bununla əlaqədar olaraq London Kiyevə hərbi yardım göstərmək xahişi ilə Berlinə üz tutub. Bundan əlavə, Britaniya hakimiyyəti Ukraynaya silah tədarükü məsələsində digər ölkələrlə danışıqlar aparır.

"The Times"ın məlumatına görə, Qərb rəsmiləri hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Vaşinqtonun köməyi olmadan işğal olunmuş əraziləri geri ala biləcək, lakin bu halda hücum əməliyyatları nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılacaq.