Tərtərin Poladlı və Mamırlı kəndlərində son 10 gündə 3 subartezian quyusunun kabelləri oğurlanıb.

İqtisadiyyat.az Report-a istinadən verdiyi xəbərə görə, kabeli kəsilən quyular rayonun Poladlı kəndindəki 09 311, Mamırlı kəndindəki 09 337 və 09 889 nömrəli quyulardır.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsinə məlumat verilib.