Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

İqtisadiyyat.Az-ın məlumatına görə, İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev hazırda qaz limitlərilə bağlı qəbul edilmiş yeni tarifləri elan edir.

Nazir bildirib ki, ölkədə əhalinin təbii qazın istifadə limiti artılıb.

"Əhalinin az təminatlı sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 2200 kub metrə yüksəlib. Maliyyə vəsaiti dövlət tərəfindən qarşılanacaq".

Qeyd edək ki, son vaxtlar vətəndaşlar ilin ilk ayları olmasına baxmayaraq, müəyyən olunmuş limiti keçdiklərindən narazılıq edirlər.

Hazırda təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.