Uşaqlar yuxarı yaşda vurulan bəzi vaksinləri ağır keçirirlər.

İqtisadiyyat.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

“Buna görə hər bir vaksini vaxtında vurdurmağın tərəfdarıyam. Yoluxucu xəstəliklərdən qorunmada vaksinlər əlimizdə olan ən önəmli vasitələrdən biridir. Bir çox təhlükəli xəstəliklərdən qorunmağın yolu vaksin qəbul edilməsidir. Xəstəliyin mənbəyi insan olanda ona qarşı vaksin mövcuddursa, onu tamailə ləğv etmək mümkündür. Lakin heyvanlardan yayılan xəstəliklərin ləğvində yalnız səhiyyə yox, başqa qurumların da dəstəyi önəmlidir”.