“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib.

Qeyd edək ki, ötən gün TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı özünün sosial hesabında işdən azad olunması üçün ərizə verdiyi barədə paylaşım etmişdi.