Heç bir ölkə pandemiya şəraitinə hazırlıqlı ola bilmir.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, ölkədə infeksionistlər, eləcə də, digər ixtisas həkimlərimiz koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib:

“Biz hazırıq” demək çətin məsələdir. Lakin payız mövsümünə hazırlıq işləri aparırıq. Həkimlərimizin bir hissəsinə dincəlmək üçün şərait yaradılıb.

Eyni zamanda, xarici ölkələrdən gələn həkimlər də bu sahədə öz təcrübələrini bizimlə bölüşürlər. Xəstəxanalardakı vəziyyətə gəldikdə isə, onlar bütün zəruri avadanlıqlar və dərman preparatları ilə təmin olunublar”.Oxu.az