“Ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda  15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı bildirib ki, rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir:

“Aktiv xəstələrin 38 %-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da arxayınlaşmaq olmaz

Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir”.