Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 08:00-da 4,7 bal gücündə baş verib.

Açıqlamada zəlzələnin episentrinin paytaxt Tbilisidən 4 kilometr aralıda yerləşən Lelubani kəndi olduğu qeyd edilib.

Zəlzələ Tbilisidə də hiss olunub.