Tatarıstan Prezidenti Türkiyə ilə əməkdaşlığın daha da irəli getməsinin arzusunda olduğunu bildirib.
 

İqtisadiyyat.az xəbər verir ki, Türk iş adamlarının Tatarıstana sərmayə qoyması üçün hər cür dəstəyi davam etdirəcəklərini ifadə edən Minnihanov, "Türk sərmayəçilərinin Tatarıstanda özlərini daha etibarlı hiss etmələrinə böyük əhəmiyyət veririk. Türkiyə və Rusiya prezidentlərinə təşəkkür etmək istərdim. Tatarıstan və Türkiyə arasındakı əməkdaşlığın daha da inkişaf etməsini arzu edirik.", - deyə Prezident bildirib.


Tatarıstan ilə Türkiyə arasında ticarət həcminin hər il artdığını ifadə edən prezident Minnihanov deyib:


"Türkiyə ilə Bursa arasında güclü iqtisadi həcmin formalaşmasında əməyi olan türk iş adamlarına təşəkkürümü bildirirəm. Türkiyənin sənaye mərkəzi olan Bursanın Tatarıstana sərmayə qoyan güclü şirkətləri var. Sektorlarda ortaq araşdırmalar aparırıq. Avtomobil, tekstil və mebel kimi, biznes sahəsində əlaqələrimiz daha da inkişaf edir.Bizim işimizi gücləndirmək üçün hər cür potensialımız var.Tatarıstanda fəaliyyət göstərən Bursa şirkətləri buna inanırdılar.Biz qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün potensialımızdan daha intensiv istifadə etməliyik. Türk şirkətlərinin Tatarıstandakı layihələrini davam etdirmələri üçün dəstəkləməyə hazırıq. İki ölkə arasında keçiriləcək biznes foruma dəstək verməyə hazırıq. Ümid edirəm ki, bu, ticarət körpülərinin möhkəmlənməsinə töhfə verəcək”.