Əkinçilik əmtəə qiymətləri 2020-ci ilin ikinci yarısından etibarən təxminən 50% artıb.

İqtisadiyyat.az Hollandiyanın maliyyə xidmətləri şirkəti Rabobank-ın "Əkinçilik Əmtəə Bazarları Araşdırması"na istinadən xəbər verir ki, qlobal mənada qida qiymətlərindəki artım ilə bağlı narahatlıqlar bir müddət də davam edəcək və ölkələrin qida inflyasiyası problemi 2021-ci ildə də hökumətlərin gündəmində qalacaq.

Bir tərəfdə artan iqlim riskləri, digər tərəfdən yüksələn xərclər qiymətlər üzərində təzyiq yaradır. Eyni zamanda, ixracatçı ölkələrin əlavə vergi və kvota tətbiqləri ilə idxalatçı ölkələrin artan tələbi qiymətlərin yüksəlməsinə səbəb olan mühüm faktorlardır.

Rabobank, dörd əsas faktorun 2021-ci ildə də əkinçilik əmtəə qiymətlərini artırmağa davam etdirəcəyi nəzərdə tutur.

1- Zəif Dollar: Rabobank, dolların zəif qalmasının ilin davamında da davam edəcəyini təxmin edir, amma dollarda daha çox zəifləmə gözləmir.

2- Hava Şərtləri. Qlobal istiləşmə iqlim dəyişikliklərinə səbəb olduğundan əlverişsiz hava şərtləri artır.

3- Qlobal Tələb: Bitki və heyvan mənşəli məhsullara tələbin artmaqda davam etməsi gözlənilir.

4- Spekulyasiyalar: Spekulyativ risk iştahının 2021-ci ildə də qiymətləri dəstəkləməsi gözlənilir.