Taliban hərəkatının nümayəndələri iyunun 30-dan iyulun 1-dək Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransına dəvət edilməyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Əfqanıstanın müvəqqəti hökumətinin əmək və sosial əlaqələr naziri vəzifəsini icra edən Əbdül Umari deyib.

"Hazırda bizdən iştirak yoxdur. İştiraka dəvət ilə bağlı heç bir xəbər yoxdur. Amma fürsət gözləyirik", - deyə o bildirib.

Fevral ayında BMT-nin himayəsi altında Dohada keçirilən sonuncu konfransda 25 ölkənin nümayəndələri Əfqanıstanla qarşılıqlı fəaliyyət üçün yol xəritəsini müzakirə ediblər. Daha sonra Taliban həm onları dəstəkləməyən əfqan fəalların konfransa dəvəti, həm də onun gündəliyi ilə razılaşmadığını bildirərək görüşdə iştirakdan imtina edib.