Bu gün Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, görüşdə F.İsayevin 1 illik fərdi inkişaf planına nəzər salınıb, görülmüş işlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb, proqram əsasında AMB-nin həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib