Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində seçicilərin fəallığı yüksəkdir.

İqtisadiyyat.az secki-2024.az-a istinadən xəbər verir ki, məntəqə sədri Səbinə Gözəlova bildirib ki, məntəqədə vətəndaşların səs verməsi üçün tam şərait yaradılıb.

“Müstəqi Azərbaycanın tarixində ilk dəfədir ki, Şuşamızda prezident seçkiləri keçirilir. Və vətəndaşlarımız sərbəst şəkildə öz səslərini istədikləri namizədə verirlər. Səhər saat səkkizdən etibarən məntəqəmizdə seçki fəallığı artan dinamika ilə müşahidə olunur”,- deyə sədr qeyd edib.