Surət Hüseynov komaya düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları bildiriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Surət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

İqtisadiyyat.az bildirir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları məlumat veriblər.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.