Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb.

Onun İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti pisləşib.

O, 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.