Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı bildirib ki, süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. "Bu,  milli mentalitetimizə uyğun deyil. Texoloji baxımdan da yanaşsaq, Allah qismət etməyibsə, əleyhinə getmək olmaz", deyə deputat vurğulayıb.

 

 

Mövzu ilə bağlı ilahiyyatçı Samir Əzizov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qadınların süni mayalanmaya üz tutması heç də yanlış addım deyil:

"İslam dininin Cəfəri məzhəbinin görüşünə əsasən, qadının öz ərinin vasitəsilə süni dölləndirmə vasitəsilə uşaq dünyaya gətirməsi icazəlidir. Sadəcə bəzi naməhrəm-məhrəm şərtlərinə əsasən riayət olunması lazımdır. Allahın qisməti dedikdə insanın vasitəsizliyi, heç bir iş görməməsi nəzərdə tutulmur. İslam dininə görə insan bir işi həyata keçirmək üçün cəhd göstərir, işin baş tutmasını Allaha həvalə edib təvəkkül edir. Dinimiz cəhdsiz təvəkkül etməyi qəbul etmədiyi kimi, təvəkkülsüz cəhdi də qəbul etmir".

Gülşən Şərif