Sumqayıt şəhərində ikinci qrup əlilliyi olan şəxs itkin düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, ikinci qrup əlil, 1982-ci il təvəllüdlü Nəcəfov Qabil Nəcəfəli oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayılb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam edir.