Sumqayıtda 68 yaşlı kişinin meyiti tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı, 1956-cı il təvəllüdlü Andreyev Viktor Petroviçin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin yaxınlığında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır