Sumqayıt şəhərində avtomobil yanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Səttarov Mirsəttar Əziz oğluna məxsus "Azsamand" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın qısa zamanda söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb. 

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.