Sumqayıt şəhərində 28 yaşlı qadın itkin düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər bağları adlanan ərazidə qeydə alınıb.

Belə ki, şəhər sakini, 1995-ci il təvəllüdlü Hümbətova Mədinə İlham qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda fakt araşdırılır.