Balaşixada "Stroytrakt" ticarət mərkəzində baş verən yanğınla bağlı yeni detallar açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumatlar yayıb.

Məlumatda, 10 min kvadratmetr sahəni əhatə edən yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri, 100-dən çox insan və 35 texnika cəlb olunub.

Baş verən yanğına səbəb qısaqapanma olduğu bildirilib. Nəticədə ticarət mərkəzinə 10 milyard rubldan çox ziyan dəydiyi təxmin edilir.