Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onlar general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komandanlıq strukturları tərəfindən əlaqələndiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. 

"Biz gördük ki, Birləşmiş Ştatlar Ukraynaya əlavə yardımla bağlı razılığa gələrək 6 ay vaxt sərf edib. Həmçinin görürük ki, bütün NATO ölkələri silah tədarük etməyib, bunu könüllü tədarükdən NATO qarşısında öhdəliklərə çevirsək, təbii ki, təchizat daha da genişlənəcək və etibarlı fərq yaranacaq. Müharibə nə qədər uzun davam edərsə, bizim üçün proqnozlaşdırıla bilənlik, hesabatlılıq və xərclərin ədalətli bölüşdürülməsi bir o qədər vacibdir", - deyə məlumatda qeyd olunub.