Şri-Lanka üzləşdiyi ən pis iqtisadi böhran səbəbiylə müdafiə xərclərini kəsərək 2024-cü ilə qədər əsgər sayını ixtisar edəcəyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Müdafiə nazirinin müavini Premitha Bandara Tennakoon verdiyi yazılı açıqlamada hazırkı əsgər sayını 2024-cü ilə qədər 200 min 783-dən 135 minə endirməyi planlaşdırdıqlarını bildirib.

Bəyanatda qeyd olunub ki, əsas məqsəd 2030-cu ilə qədər texniki-taktiki cəhətdən sağlam və balanslaşdırılmış müdafiə qüvvələri yaratmaqdır.

Şri-Lankanın ümumi xarici borcu 51 milyard dolları ötsə də, keçən il ödəməli olduğu təxminən 7 milyard dollar borcunu defolt edib.

Tarixinin ən ağır iqtisadi böhranı ilə üzləşən Şri-Lanka BVF ilə aparılan danışıqlar nəticəsində 2,9 milyard dollarlıq ilkin kredit razılaşmasına nail olub.