Bakıda fərdi evdə yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən fərdi evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

*** 18:51

Bakının "Sovetski" adlanan ərazisində yanğın baş verib.

Hadisə şahidlərinin İqtisadiyyat.az-a  verdikləri məlumata görə, yanğın evlərin birindən başlayıb. 

Yanğının aradan qaldırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub.

Hazırda yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.

Əlavə məlumat veriləcək.