Türkiyənin "Atv" kanalında yayımlanan “Kim Milyoner Olmak İster” layihəsində dünən həyəcanlı anlar yaşanıb

İqtisadiyyat.az xəbər verir ki, bir həftə əvvəl verilişə qatılan Rabia Birsen Göğercin adlı fiziki məhdudiyyətli iştirakçı bütün suallara uğurla cavab verərək layihənin son sualına kimi irəliləyib. O, 1 milyon TL-lik sonuncu sualı da doğru cavablandıraraq yarışın maksimum mükafatını qazanmağı bacarıb. 

Sonuncu sual belə olub: "Türkiyədə 81 vilayət adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?". İştirakçı uzun müddət hesablamalar apararaq sonda B bəndindəki “V” hərfini seçib və bu doğru seçim olub. bununla da R.Birsen bizim valyuta ilə 63 500 manatlıq mükafatı qazanmağa nail olub. .

Qeyd edək ki, 24 yaşlı Rabia keçən il ət maşını ilə ehtiyasız davranması ucbatından bir qolunu itirib və əvəzinə bionik qoldan istifadə etməyə məcbur olub. O, 11 sualı ötən verilişdə doğru cavablandıraraq 12-ci sualı açdırmaq haqqı əldə etmişdi.