2015-2018-ci illər ərzində sığorta şirkətlərinin topladıqları sığorta haqları və ödənişlərə görə ilk üç yeri müvafiq olaraq  “Paşa Həyat Sığorta” ASC, “Paşa Sığorta” Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC tutub.

İqtisadiyyat.az BBN.az-a istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə 2018-ci ildə  “Paşa Həyat Sığorta” ASC-nin sığorta haqları və ödənişlərində 4 dəfədən çox artım, “Paşa Sığorta” Şirkəti ASC-nin analoji göstəriciləri müvafiq olaraq 63,226.8 min manat və 19,634.38 min manat artaraq 128,007.04 min manat və 49,520.26 min manat olmuşdur. “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-də toplanan sığorta haqları 2015-ci illə müqayisədə 20,983.22 min manat artaraq 2018-ci ildə 60,107.41 min manat olmuşdur, şirkətin ödənişlərində 3,514.37 min manat azalma müşahidə edilib.

2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin sığorta haqları 112,230.72 min. manat, ödənişləri isə 13,040.89 min manat artmışdır. “Paşa Sığorta” Şirkəti ASC-də 2018-ci il ərzində sığorta haqları 20,438.03 min. manat, ödənişləri isə 6,081.19 min manat artım, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-in isə sığorta haqları 21,737.50 min manat artım, ödənişlərdə 40,325.83 min manat azalma olmuşdurdur.

Cədvəldə sığorta şirkətlərinin adlarının üzərinə vurmaqla topladıqları sığorta haqları və ödənişlərin həcminin dəyişmə trendini izləyə bilərsiniz.

min manatla

Sığorta Şirkətləri 2015 2016 2017 2018
 Sığorta
haqları 
Sığorta
ödənişləri
 Sığorta 
haqları 
Sığorta 
ödənişləri
 Sığorta 
haqları 
Sığorta 
ödənişləri
 Sığorta 
haqları 
Sığorta 
ödənişləri
“Paşa Həyat Sığorta”  54,526.45 16,349.70 77,678.74 45,907.28 152,757.72 58,004.59 264,988.44 71,045.49
“Paşa Sığorta” Şirkəti  64,780.27 29,885.88 100,012.15 47,438.61 107,569.01 43,439.06 128,007.04 49,520.26
“Atəşgah Həyat” Sığorta Şirkəti  39,124.19 18,234.69 37,435.50 27,111.81 38,369.91 55,046.15 60,107.41 14,720.32
Dövlət Sığorta Kommersiya Şirkəti 41,384.36 13,164.80 41,224.92 16,166.17 40,444.88 12,370.92 43,388.92 14,689.25
“Atəşgah” Sığorta Şirkəti  43,544.04 15,918.35 39,814.93 15,733.20 39,125.94 15,794.32 36,805.80 20,021.93
“Mega Sığorta”  17,623.97 2,307.12 20,272.71 4,173.91 16,854.27 3,147.53 25,769.14 3,648.01
“AtaSığorta”  10,466.92 4,231.72 9,288.98 3,542.43 13,715.79 5,020.02 22,437.55 10,609.76
“AzSığorta”  32,763.87 7,915.57 22,720.98 7,753.02 25,317.14 9,112.60 20,029.66 8,095.74
“AXA MBASK” Sığorta Şirkəti  18,316.14 10,689.93 21,968.75 9,789.51 22,285.60 12,333.52 18,600.72 9,562.60
“İpək Yolu Sığorta”  17,554.68 635.32 19,148.02 2,653.18 17,682.49 1,788.89 17,003.26 1,716.98
“Qala Sığorta”  62.13 53.34 4,643.57 0.00 10,911.34 423.73 16,557.41 1,962.88
“Qala Həyat” Sığorta Şirkəti  22,827.38 17,649.09 31,737.94 21,959.72 19,893.54 17,582.58 15,897.04 12,349.16
“Xalq Sığorta”  10,219.19 5,257.90 9,846.65 6,562.64 7,788.81 3,965.21 14,495.98 3,809.71
“A-Qroup Sığorta Şirkəti”  12,603.45 7,244.57 12,784.86 7,893.53 12,689.68 8,098.87 13,169.70 8,064.44
“Standard Insurance” Sığorta Şirkəti  19,728.97 7,826.78 20,326.93 8,607.73 12,594.88 5,555.68 12,930.74 3,706.55
“Azərbaycan Sənaye Sığorta”  10,073.57 4,351.96 6,414.55 3,254.07 7,227.67 3,360.61 8,138.67 2,862.53
“Günay Sığorta”  80.34 97.16 2,637.65 264.01 9,505.18 1,154.55 5,836.83 3,327.62
“Rəvan Sığorta”  2,141.66 1,243.08 1,018.52 855.04 690.34 546.89 1,758.95 315.95
“Bakı Sığorta”  2,422.09 1,729.44 941.37 669.78 1,299.25 283.22 1,024.45 197.48
“Amrah Sığorta”  886.21 572.74 62.55 191.91 21.55 72.45 743.65 103.54
YEKUN 421,129.87 165,359.13 479,980.25 230,527.55 556,744.98 257,101.37 727,691.37 240,330.21