1970-2021-ci illər arasında qeydə alınan təxminən 12 min ekstremal iqlim hadisəsi nəticəsində 2 milyondan çox insan həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

Məlumata görə, iqlimlə bağlı davamlı inkişaf məqsədlərinin cəmi 15%-i həyata keçirilib. Son 51 ildə baş verən təbii fəlakətlər qlobal iqtisadiyyata 4,3 trilyon dollardan çox zərər vurub. Ölümlərin 90%-dən çoxu və iqtisadi itkilərin 60%-dən çoxu isə inkişaf etməkdə olan ölkələrdə baş verib ki, bu da davamlı inkişafa mane olub.

 

Gözəl Həşimova