Dünyada ən etibarlı sərmayələrdən biri olan qızıl son günlər bahalaşmaqda davam edir. Belə ki, qızılın qiyməti son 23 ildə rekord səviyyəyə çatıb.
Dünya statistikasına görə, planetdə ən çox qızıl ehtiyatına sahib olan ilk 5 ölkə ABŞ, Almaniya, İtaliya, Fransa və Rusiyadır. Bəs 2000-ci ildən bəri qlobal bazarlarda bu dəyərli metalın qiyməti necə dəyişib?
Bununla bağlı İqtisadiyyat.az araşdırma aparıb.
Araşdırmalara görə, dünya bazarlarında 2000-2023-cü illər ərzində qızılın qiyməti belə dəyişib:
İllər |
Bir unsiya üçün qiyməti |
2000 |
272,6 dollar |
2001 |
276,5 dollar |
2002 |
342,7 dollar |
2003 |
417,2 dollar |
2004 |
438 dollar |
2005 |
513 dollar |
2006 |
635,7 dollar |
2007 |
836,5 dollar |
2008 |
865 dollar |
2009 |
1,104 dollar |
2010 |
1,410 dollar |
2011 |
1,574 dollar |
2012 |
1,664 dollar |
2013 |
1,201 dollar |
2014 |
1,199 dollar |
2015 |
1,060 dollar |
2016 |
1,151 dollar |
2017 |
1,296 dollar |
2018 |
1,281 dollar |
2019 |
1,523 dollar |
2020 |
1,895 dollar |
2021 |
1,828 dollar |
2022 |
1,824 dollar |
2023 |
2,062 dollar |
Qeyd edək ki, Nyu-Yorkun COMEX əmtəə birjasında bu günə olan məlumata görə qızılın bir troya unsiyasının qiyməti 0.37% azalaraq 2 300 ABŞ dollarına bərabər olub.
Gözəl Həşimova