Yaponiya Bankı bu gündən etibarən yeni yen əskinaslarını dövriyyəyə buraxmağa başlayır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, əskinaslara holoqramlar və digər fərqləndirici xüsusiyyətlər əlavə olunub ki, bu da onların saxtalaşdırılmasını demək olar ki, qeyri-mümkün edəcək.

Məlumata görə, hazırkı yen əskinaslarının dizaynı 2004-cü ildən bəri dəyişməyib.

Əskinasların dizaynında boz, yaşıl, mavi və qəhvəyi rənglərdən istifadə olunub. Əskinaslar dollar və rubldan bir qədər böyükdür.

 

Gözəl Həşimova