Somalinin mərkəzi hissəsində yerləşən Beledveyn şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən açıqlamaya görə, hücumda ölənlərin sayı hələ dəqiq deyil və daha çox itki olacağına dair ehtimallar var.

Beledveyn şəhəri Somalinin mərkəzində, son vaxtlar ordu ilə Əl-Şəbab arasında toqquşmalara səhnə olan Hiran bölgəsində yerləşir.

Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib, lakin Hirshabele əyalətinin keçmiş prezidenti Mohamed Abdi Ware hücumun arxasında Əl-Şəbab birləşməsinin olduğunu iddia edib.

"Bunlar son günlərini yaşayan iyrənc və alçaq bir qrupun hərəkətləridir. Bunu ən sərt şəkildə qınayırıq", - Ware qeyd edib.