Bakıda kafedə xəsarətlə nəticələnən hadisə baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən "Şollar" kafesində qeydə alınıb.

Belə ki, Məmmədov İlyas Zəkulla oğlu daxilə nüfuz edən qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.